“Keşlə” “Sabah”a qalib gəldi
02.10.2020 , 17:46

Bu gün Azərbaycan Premyer Liqasında 5-ci tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Sabah” “Keşlə”ni qəbul edub. Görüş qonaqların 2:0 hedablı qələbəsi ilə bitib.
Qeyd edək ki, 5-ci turun “Qəbələ” – “Sumqayıt” və “Zirə” – “Neftçi” matçları oktyabrın 3-də keçiriləcək. “Qarabağ” – “Səbail” oyunu isə təxirə salınıb.
Azərbaycan Premyer Liqası
5-ci tur
2 oktyabr
15:30. “Sabah” – “Keşlə” – 0:2
Qollar: Silvio Rodriqes, 54, Vüsal İsgəndərli, 90+2
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Rahil Ramazanov, Orxan Məmmədov.
Masazır. “Bank Respublika Arena”.
