“Sabah” – “Keşlə” oyununa hakim təyinatları
01.10.2020 , 12:32

Azərbaycan Premyer Liqasında V turun açılış matçını idarə edəcək hakimlər açıqlanıb.
Korner.az xəbər verir ki, sabah baş tutacaq “Sabah” – “Keşlə” görüşünü Vüqar Həsənli idarə edəcək.
Xatırladaq ki, turun sonrakı 2 matçı – “Qəbələ” – “Sumqayıt” və “Zirə” – “Neftçi” oyunları birigün keçiriləcək. “Qarabağ” – “Səbail” qarşılaşması isə təxirə salınıb.
Azərbaycan Premyer Liqası
V tur
2 oktyabr (cümə)
15:30. “Sabah” – “Keşlə”
Bakı. “Bank Respublika Arena” stadioni
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Rahil Ramazanov, Orxan Məmmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Asif Əliyev
