“Sabah” – “Keşlə” oyunu Bakı Olimpiya Stadionunda
05.09.2018 , 15:08

“Sabah”la “Keşlə” arasında sentyabrın 9-da baş tutacaq yoxlama oyununun keçiriləcəyi məkanda dəyişiklik edilib.
Qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi “Əlincə Arena”da yox, Bakı Olimpiya Stadionunun 1-ci meydançasında keçiriləcək.
Görüş saat 17:30-da başlayacaq.
