“Sabah” “Kaysar”a qalib gəldi
19.01.2020 , 19:07

Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün növbəti yoxlama oyununu keçirib.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi Qazaxıstanın “Kaysar” klubu ilə qarşılaşıb. Matç “Sabah”ın qələbəsi ilə başa çatıb – 1:3.
Xatırladaq ki, “Sabah” bundan əvvəlki yoxlama matçlarında “Akademika Klinçeni” (Rumıniya) ilə qolsuz bərabərə qalıb, “Pakş”a (Macarıstan) 0:2 hesabı ilə uduzub.
Yoxlama oyunu
19 yanvar
17.00. “Sabah” – “Kaysar” (Qazaxıstan) – 3:1
Türkiyə, Hüzeyn Aygün Futbol Mərkəzi
