“Sabah” kapitanı ilə yollarını ayırdı
04.06.2021 , 11:03

“Sabah” klubla müqavilə müddəti bitən Ruslan Abışovla yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ruslan 2019-cu ilin yayından “Sabah”ın uğurları üçün çalışırdı. O, bu müddətdə komandanın kapitanlıq sarğısını daşıyıb.
