“Qarabağ” “Zirə”yə, “Kəpəz” “Sabah”a qalib gəldi
06.04.2025 , 21:30

Azərbaycan Premyer Liqasında XXIX turun oyunları davam edir.
Korner.az xəbər verir ki, turun ikinci günündə 2 görüş keçirilib.
Günün ilk matçında “Kəpəz” “Sabah”ın qonağı olub. Görüş meydan sahiblərinin məğlubiyyəti ilə bitib – 0:1.
Digər görüşdə isə “Qarabağ” “Zirə” ilə qarşılaşıb. Matç Ağdam klubunun qələbəsi ilə bitib – 1:0.
Azərbaycan Premyer Liqası
XXIX Tur
6 aprel
17:00. “Sabah” – “Kəpəz” – 0:1
Qol: Valdemar Almeyda, 41
“Bank Respublika Arena”
Hakimlər: Rauf Cabarov, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə
VAR hakimi: Nicat İsmayıllı
AVAR hakimi: Akif Əmirəli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
19:30. “Qarabağ” – “Zirə” – 1:0
Qol: Kadi Borqes, 15
Tofiq Bəhramov adına Respublika stadionu
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov
VAR hakimi: Tural Qurbanov
AVAR hakimi: Asiman Əzizli
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Asif Əliyev
