Futbol

“Sabah meydanda istədiyimiz oyunu qura biləcəyik” – Qurban Qurbanov

15.09.2020 , 22:07

Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat çərhələsində Norveçin “Molde” klubuna qarşı keçirəcəkləri matç barədə fikirlərini bildirib.

Korner.az xəbər verir ki, O, oyunöncəsi mətbuat konfransında bunları söyləyib:

“Milli komandaların fasiləsindən sonra  bu oyuna hazırlaşmağa iki gün vaxtımız oldu. Ümumi durum pis deyil, bir neçə futbolçumuzun mikrozədələri var, bu, bizi narahat edir. Xayme Romero və Mahir Emreli isə zədəlidi. Rəqibimiz də bu turnirə çox ciddi hazırlaşır. Çox intizamlı komandadı. “Molde” fərqli sistemdə oynayır. Belə tip rəqiblərə qarşı bir neçə dəfə oynamışıq. İnanıram ki, rəqibi düzgün analiz edib sabah meydanda istədiyimiz oyunu qura biləcəyik”.

Kiprin Larnaka şəhərindəki “AEK Arena”da keçiriləcək “Qarabağ” – “Molde” görüşü sabah saat 21:00-da start götürəcək.

Son yazılar

Yuxarı