Ölkə futbolu

“Sabah” hücumçusu ilə müqavilə yenilədi

03.06.2020 , 15:57

“Sabah” hücumçusu Xulio Rodriqeslə yeni müqavilə bağlayıb.

Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sözləşməyə əsasən, paraqvaylı hücumçu daha bir il “futuristlərin” uğurları üçün çalışacaq.

29 yaşlı futbolçu “Sabah”a bu ilin yanvar ayında transfer olunub. O, bundan əvvəl Azərbaycanda “Zirə”nin formasını geyinib.

Son yazılar

Yuxarı