“Sabah” uduzdu
16.01.2019 , 20:09
Antalyada təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün növbəti yoxlama oyununa çıxacaq.
Premyer Liqanın debütantı Türkiyədəki 2-ci sınağında Qazaxıstanın “Tobol” klubuyla qüvvəsini sınayacaq. “Titanik” otelinin stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, “Sabah” Antalyadakı ilk yoxlama oyununda Türkiyənin birinci liqa təmsilçisi “Əskişəhərspor”u 1:0 hesabıyla məğlub edib.
Qeyd edək ki, paytaxt təmsilçisi “Tobol”la matçdan sonra Antalyada daha 2 yoxlama oyunu keçirəcək. Elşad Əhmədovun komandası yanvarın 19-da Macarıstanın MTK klubu ilə qarşılaşacaq. Yanvarın 22-nə daha bir oyun nəzərdə tutulsa da, rəqib hələlik dəqiqləşməyib.
Yoxlama oyunu
16 yanvar
18:00. “Sabah” (Azərbaycan) – “Tobol” (Qazaxıstan) – 2:2
Qollar: Rəşad Eyyubov, 39 (1:0), Cavid İmamverdiyev, 53 (2:0), Temirlan Amirqazı, 76 (2:1), Dmitri Zaqvostkin, 83 (2:2)
