“Sabah” futbolçusunu göndərdi – Rəsmi
11.06.2025 , 15:55

“Sabah” yarımmüdafiəçisi Şakir Seyidovla yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
Qeyd edək ki, Seyidov 2018-ci ildən “Sabah”da çıxış edirdi. O, Masazır təmsilçisinin heyətində ümumilikdə 59 oyun keçirib, 2 qol vurub.
