“Sabah” futbolçusu ilə yollarını ayırdı
01.06.2021 , 17:12

“Sabah” klubla müqavilə müddəti başa çatan futbolçusu Elşən Abdullayevlə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
27 yaşlı yarımmüdafiəçi 2018-ci ildən komandanın uğurları üçün çalışırdı.
“Sabah” FK futbolçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
