“Sabah” da Türkiyəyə gedir
14.12.2018 , 16:22

“Sabah”ın qış fasiləsindəki hazırlıq planı bəlli olub.
Komanda mövsümün ikinci yarısına Türkiyədə hazırlaşacaq.
Qonşu ölkədəki təlim-məşq toplanışı yanvarın 2-dən 23-dək davam edəcək. Antalya şəhərinin Lara bölgəsindəki “Titanik” otelində məskunlaşacaq Premyer Liqamızın debütantı, burda olduğu müddətdə 4 yoxlama görüşündə qüvvəsini sınayacaq. Oyunlar yanvarın 12-də, 16-da, 19-da və 22-də keçiriləcək. Rəqiblər barədə hələlik məlumat verilməyib.
