“Sabah” çempion oldu
08.05.2022 , 10:35

AFFA-nın təşkil etdiyi U-15 Liqasında mövsümə yekun vurulub.
Korner.az xəbər verir ki, “Sabah” son turda “Şamaxı”nı Elgün İsaqov, İbrahim Xəlilov və Sakit Məmmədovun qollarıyla 3:0 hesabıyla məğlub edib. Bu qələbədən sonra xallarının sayını 16-ya çatdıran “Sabah”ın U-15 komandası mövsümü çempion kimi başa vurub.
Bir neçə gün öncə U-16 komandası da öz liqasında çempion olmuşdu.
