“Sabah” Cavid Tağıyevi göndərdi
01.09.2020 , 18:11

“Sabah” futbolçusu Cavid Tağıyevlə yolları ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
28 yaşlı futbolçu ötən ilin may ayından paytaxt təmsilçisində çıxış edirdi.
