“Sabah” bu futbolçunu göndərdi
05.07.2023 , 22:11

“Sabah” müdafiəçi Bəxtiyar Həsənalızadə ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
Bəxtiyar 2021-ci ilin yanvar ayından bu komandanın üzvü idi. O, “Sabah”da çıxış etdiyi müddətdə 58 oyun keçirib, 3 qola imza atıb
