“Sabah bizi maraqlı oyun gözləyir” – Emil Balayev
12.10.2019 , 21:11

AVRO-2020-nin seçmə mərhələsində sabah Macarıstan yığmasının qonağı olacaq Azərbaycan millisinin futbolçusu Emil Balayev oyunöncəsi mətbuat konfransında fikirlərini bildirib.
Qolkiper matça yaxşı hazırlaşdıqlarını söyləyib:
“Komandamızda əhval-ruhiyyə yüksəkdi. Çünki bura Bəhreynlə qələbə ilə gəlmişik. Oyuna yaxşı hazırlaşmışıq. Macarıstanın Xorvatiyaya 0:3 hesablı məğlubiyyəti hələ heç nə demək deyil. Sabah bizi maraqlı oyun gözləyir”.
Qazaxıstan “Tobol”unun qapıçısı Xorvatiyaya qarşı debüt matçında həyəcanlı olmadığını da dilə gətirdi: “Futbol kollektiv oyunudu. Bəli, ilk oyunum idi. Ancaq gərgin deyildim, çünki komanda yoldaşlarım mənə inamını nümayiş etdirirdi. Düşünürəm ki, sabah da həyəcanlı olmayacam”.
