“Sabah” “Beşiktaş”la keçirəcəyi oyunla bağlı açıqlama yaydı
02.05.2023 , 18:35

“Sabah” “Beşiktaş”la xeyriyyə matçı keçirəcək.
Korner.az xəbər verir ki, Masazır təmsilçisi bununla bağlı rəsmi feysbuk səhifəsində paylaşım edib:
“Türkiyənin 120 illik çinarı, böyük “Beşiktaş”! Zəlzələdən əziyyət çəkənlər üçün təşkil olunacaq dostluq matçında sizi Bakıda qonaq etməkdən qürur duyarıq”.
