“Sabah” “Beşiktaş”la bu tarixdə qarşılaşacaq
03.05.2023 , 18:57

“Sabah” – “Beşiktaş” matçının keçiriləcəyi tarix bəlli olub.
Korner.az xəbər verir ki, Türkiyə klubu ilə keçiriləcək xeyriyyə oyunu may ayının 13-ü saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Bununla bağlı klubun mətbuat xidməti məlumat yayıb.
Oyundan əldə edilən bütün gəlir qardaş Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.
