“Sabah” “Beşiktaş”la heç-heçə etdi
13.05.2023 , 19:55

“Sabah” bu gün yoldaşlıq oyunu keçirib.
Korner.az xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi kollektiv Bakıda Türkiyənin “Beşiktaş” klubunu qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyun 3:3 hesablı heç-heçə ilə bitib.
Oyundan əldə ediləcək gəlir Türkiyədə baş vermiş zəlzələdə zərərçəkənlərə göndəriləcək.
Yoldaşlıq oyunu
13 may
18:00 Sabah – Beşiktaş – 3:3
