“Sabah” – “Beşiktaş” oyununun biletləri satışa çıxarılır
05.05.2023 , 12:09

“Sabah” Bakıda “Beşiktaş”la xeyriyyə matçı keçirəcək.
Korner.az-ın əldə etdiyi məlumata görə, oyunun biletləri bu gün axşamdan satışa çıxarılır.
Biletlərin qiymətləri barəsində isə hələ ki, məlumat yoxdur.
Qarşılaşma mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Görüşə saat 18:00-da start veriləcək.
Oyundan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara göndəriləcək.
