“Sabah” – “Beşiktaş” oyununa nə qədər bilet satılıb?
09.05.2023 , 09:00

Bakıda keçiriləcək “Sabah” – “Beşiktaş” oyunu üçün bilet satışı davam edir.
Korner.az xəbər verir ki, qarşılaşma üçüb artıq 20 min bilet satılıb.
Biletlərin qiyməti 5, 10, 15, 20, 50, 70 və 300 manatdır.
Mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Sabah” – “Beşiktaş” oyunu saat 18:00-da başlayacaq.
Xeyriyyə xarakteri daşıyan görüşdən əldə olunan gəlir Türkiyədə zəlzələdən əziyyət çəkənlərə ianə ediləcək.
