Sabah Avroliqanın qrup mərhələsinin dördüncü turu çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Dnepr”in baş məşqçisi Miron Markeviç bu gün Bakıda oyunöncəsi mətbuat konfransı keçirib.
Korner.az-ın futbolxeber.az-a istinadən məlumatına görə, Markeviç komandasının hücum futbolu oynayacağını qeyd edib: “İtiriləsi heç nəyimiz yoxdur. Avroliqada çıxışımızı davam etdirmək istəyiriksə, sabah əlimizdən gələni etməli və hücum futbolu sərgiləməliyik. Məqsədimiz həm Avroliqada, həm ölkə çempionatında mübarizə aparmaqdır. “Dnepr” həmişə iddialı olub. Odur ki, hər iki turnirdə yaxşı nəticə qazanmaq arzusundayıq. Sabah bəzi futbolçulara istirahət verəcəyimiz də istisna deyil”.
