“Sabah” Antalyada ilk məşqinə çıxdı
08.01.2020 , 22:59

Mövsümün ikinci yarısına hazırlığı davam etdirən “Sabah” bu gün Antalya toplanışı çərçivəsində ilk məşqinə çıxıb.
Korner.az xəbər verir ki, paytaxt klubu əvvəlcə fitnes zalında yüngül məşq keçib.
Daha sonra yaşıl meydançada davam edən hazırlıq prosesində əsasən toplu çalışmalara üstünlük verilib.
Xatırladaq ki, “Sabah”, hazırlıq çərçivəsində ilk yoxlama oyununu Macarıstanın “Pakş” komandasına qarşı keçirəcək. Matç yanvarın 11-də baş tutacaq.
