“Sabah” açıqlama yaydı
19.06.2023 , 12:46

“Sabah” klubu açıqlama yayıb.
Korner.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, ölkə çempionatının son mövsümünü gümüş medalla başa vuran “Sabah” növbəti mövsümdə ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək.
“Klub olaraq ilk dəfə çıxış edəcəyimiz avrokuboklarda ev oyunlarımızın bilet satışından əldə ediləcək gəlirin bir hissəsi 2020-ci ildə rəşadətli Ordumuz tərəfindən azad olunmuş torpaqlarımızın bərpası üçün ayrılacaq. Satılacaq hər biletdən 1 AZN məbləğində vəsait Qarabağ Dirçəliş Fonduna ianə ediləcək” – deyə açıqlamada qeyd olunub.
