“Sabah” 6 futbolçu ilə yolları ayırdı
21.12.2018 , 13:58

“Sabah”ı tərk edən futbolçular müəyyənləşib.
Topaz Premyer Liqasının debütantı 6 oyunçunun xidmətindən imtina edib.
Bunlar Vitali Kvaşuk, Əlibəy Məmmədli, Elvin Bədəlov, Aydın Bayramov, Tural Qürbətov və Ülvi İbazadədi. Futbolçularla olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
