Səudiyyə Ərəbistanının təyyarəsi alovlandı
19.06.2018 , 10:37
Səudiyyə Ərəbistanı millisini Uruqvayla oyun üçün Rostova aparan təyyarədə nasazlıq yaşanıb.
Havada olarkən mühərrikdə yaranan problem təyyarənin qanadının alışmasına səbəb olub.
Təyyarə təcili olaraq eniş edib. Səudiyyə Ərəbistanı Futbol Federasiyası açıqlama verərək, hər şeyin qaydasında olduğunu bildirib.