Qadın voleybolçular arasında İtaliya A seriyasında XV turun oyunları keçirilib
Tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Yelizaveta Səmədovanın şərəfini qoruduğu “Skandiççi” “Firentse”ni qəbul edib.
Qarşılaşma təmsilçimizin komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. A seriyasında hələlik 1 matçda meydana çıxan Səmədova bu dəfə də ehtiyatda qalıb.
Qeyd edək ki, “Skandiççi” bu qələbədən sonra 3-cü pillədəki yerini qoruyub. Onların aktivində 33 xalı var.