big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Şəhriyar Rəhimov: “Yaxşı oynamaq bizə heç nə vermir”

02.03.2018 , 16:51

“Hazırlığımız qaydasında gedir. Vəziyyətimizə görə hər oyun bizim üçün böyük önəm daşıyır. Bir xal belə qızıla bərabərdir”. Bu sözləri “Kəpəz”in kapitanı Şəhriyar söyləyib.

Təcrübəli müdafiəçi Topaz Premyer Liqasının 18-ci turunda qarşılaşacaqları “Səbail”lə oyun haqda danışarkən belə deyib. Şəhriyar daha sonra sözlərinə belə davam edib: “Paytaxt klubu ilə görüş bizə həm xal qazanmaq, həm də üzərimizdəki psixoloji gərginliyi atmaq baxımından bir şansdı. Niyyətimiz qalib gəlməklə xal ehtiyatını artırmaqdı. Qələbə bizim üçün qarşıdakı oyunlara yaxşı motivasiya ola bilər. Bununla komanda özünə inamı qaytaracaq”.

“Kəpəz” qış fasiləsindən sonra çempionatda keçirdiyi hər üç matçda minimal hesabla uduzub. “Neftçi”, “Keşlə” və “Qarabağ”la görüşlərdə “sarı-göylər” qapısından bir top buraxıb. Komanda oyun baxımından yaxşı oynasa da, qol imkanlarından lazımınca istifadə edə bilməyib. Rəhimovun fikrincə, qol vura bilsələr, vəziyyəti düzəltmək mümkün olacaq: “Hər üç matçda yaxşı mübarizə aparmışıq. Hətta “Qarabağ” kimi rəqibə asanlıqla uduzmadıq. Amma yaxşı oynamaq bizə xal qazanmaq baxımından heç nə vermir. Biz xallar toplamalıyıq. Oyunumuzda yalnız qol çatışmır. Vəziyyətlərdən maksimum şəkildə yararlansaq, komanda üçün yaxşı nəticələr qazana bilərik. Hər şey özümüzdən asılıdı. Qol vəziyyətlərinin üzərində çox çalışmalıyıq ki, ələ düşən fürsətlərdən dəqiqliklə yararlana bilək”.

Yeri gəlmişkən, “Qarabağ”la son qarşılaşma Şəhriyar Rəhimov üçün əlamətdar olub. 29 yaşlı müdafiəçi Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib. 11 çempionatda 5 klubun şərəfini qoruyan Rəhimov ən çox meydana “Kəpəz”in heyətində (78 oyun, 6 qol) çıxıb: “Açığı, oyun sayından xəbərsiz idim, təxmini bilirdim. Sonra PFL-in açıqladığı məlumatda gördüm. Əsas olan çıxış etdiyin komandaların nəticəsidi. Əlbəttə, bir tərəfdən 200-cü oyuna çıxmaq xoşdu. Yubileydi, neçə illərdi ki, çempionatda oynayıram. Digər tərəfdən, indi məni daha çox Gəncə klubunun nəticələri maraqlandırır. Çünki vəziyyət bunu tələb edir. Onu da deyim ki, “Kəpəz” mənim üçün doğma komandaya çevrilib. 3 ildi ki, buradayam, daimi oynayıram. 78 oyun keçirmişəm, çalışacam ki, daha çox oynayım və komandaya xeyir verim”.

Son yazılar

To Top