“Səbail”dən yeni transfer
24.06.2022 , 18:58
“Səbail” heyətinə yeni futbolçu qatıb.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Paytaxt təmsilçisi “Qarabağ”dan Rafael Məhərrəmlini transfer edib. 23 yaşlı yarımmüdafiəçi ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Rafael Məhhərəmli son 2 mövsümü icarə əsasında “Keşlə”də (hazırkı “Şamaxı”) keçirib.