“Səbail” üçün son sınağında uduzdu
16.01.2023 , 16:56
Türkiyədə təlim-məşq toplanışında olan “Səbail” bu gün son yoxlama matçına çıxıb.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi Slovakiyanın “Spartak” klubu ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, Şahin Diniyevin komandası Antalyadakı ilk yoxlama oyunundan Polşa “Legiya”sı ilə (2:2) və Çexiya təmsilçisi “Bohemians 1905″lə (0:0) heç-heçə edib.