“Səbail” baş məşqçisi ilə müqavilə yenilədi
13.05.2022 , 19:40
“Səbail” baş məşqçisi Aftandil Hacıyevlə müqavilə yenilənib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hacıyevlə sözləşmənin müddəti 2023-cü ilin yayına qədər artırılıb.
41 yaşlı mütəxəssis 2018-ci ildən “Səbail”i çalışdırır.
Bakı təmsilçisi Premyer Liqada sonuncu – 8-ci sıradadır.