“Səyahətlərdən bezdiyimdən və işləmək istədiyimdən “Qəbələ”nin təklifini qəbul etdim. O zaman hamı məni qınayırdı. Ən yaxşı çempionatlardan birinə yox, Azərbaycan Premyer Liqasına getdiyim üçün tənqid olunurdum”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin deyib.
Təcrübəli mütəxəssis bildirib ki, onun üçün Azərbaycanda işləmək maraqlı olub:
“Bilmək istəyirdim ki, komandaya, o futbolçulara faydalı olmaq gücündəyəm, ya yox? Andrey Şevçenko və ya ondan aşağı səviyyəli futbolçu ilə işləmək, əslində, eyni şeydir. Gördüm ki, istədiyimə nail oldum.
Futbol eynidir. Yavaş-yavaş öyrətmək lazımdır ki, hər biri daha yaxşı formaya düşsün.
Syomin bildirib ki, onun üçün Azərbaycanda işləmək maraqlı olub: “Bilmək istəyirdim ki, komandaya, o futbolçulara faydalı olmaq gücündəyəm, ya yox? Gördüm ki, istədiyimə nail oldum”.
