Sərxoş halda avtomobil qəzası törətdi
24.10.2024 , 17:07

“Atletiko Nasional”da çıxış edən Alfredo Morelos ötən gün yol qəzası keçirib.
Korner.az xəbər verir ki, hadisə zamanı sərxoş olan Morelos polislər tərəfindən saxlanılsa da, sonradan buraxılıb.
İspaniya mətbuatında yer alan xəbərə görə, o, sərxoş halda avtomobil idarə etdiyinə görə sürücülükdən beş il müddətinə məhrum edilib.
Oyunçu sərxoş halda avtomobil sürərkən motosikletçini vurub və onun ağır yaralandığı bildirilib.
Morelosla bağlı cinayət prosesi davam edir.
