Sərxan Hacıyev Belarus Futbol Federasiyasının prezidenti ilə görüşüb
21.07.2023 , 14:37

AFFA-nın baş katibi Sərxan Hacıyev “Azersun Arena”da keçirilmiş “Dinamo” (Minsk) – “Jelezniçar” (Bosniya və Herseqovina) oyununu izləmək üçün ölkəmizdə səfərdə olan Belarus Futbol Federasiyasının prezidenti Nikolay Şerstnyovla görüşüb.
Korner.az xəbər verir ki, görüşdə AFFA ilə Belarus Futbol Federasiyası arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. N.Şerstnyov qonaqpərvərliyə və “Dinamo” (Minsk) – “Jelezniçar” oyununun yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.
Görüşdə BFF-nın vitse-prezidenti Andrey Vasileviç, baş katibi Sergey Jardeçkiy də iştirak edib.
