AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev UEFA tərəfindən yeni təyinat alıb.
Korner.az-ın məlumatına görə, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində iyulun 26-da, Borisov şəhərindəki eyniadlı stadionda keçiriləcək BATE (Belarus) – “Dundalk” (İrlandiya) oyununun UEFA nümayəndəsi Sərxan Hacıyev olacaq.
