Macarıstan-Türkiyə futbol matçında V.Demirelin səhvindən buraxılan qol Türkiyənin “Star” telekanalının futbol şərhçisi Ercan Taneri əməlli-başlı hiddətləndirib.
Korner.az-ın məlumatına görə, oyunun ilk hissəsində Türkiyə yığmasının hesabda 1-0 irəlidə olduğu zaman macarların V.Demirelin səhvindən sonra hesabı bərabərləşdirdikləri an pauza verən şərhçi bir neçə saniyəlik pauzadan sonra “Volkanın anası…”, – deyərək sözünün ardını gətirməyib.
