Sərhatın komandası kubokda mübarizəni dayandırdı
05.01.2020 , 14:18

İngiltərə Federasiya Kubokunda 1/32 final mərhələsinin oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Serhat Taşdemirin çıxış etdiyi “Piterboro Yunayted” “Bernli” ilə qarşılaşıb.
Səfərdə 2:4 hesabıyla məğlub olan komanda kubokda mübarizəni dayandırıb.
Serhat bu qarşılaşmanın iştirakçısı olmayıb. Millimizin üzvü sonadək ehtiyatda qalıb.
