Sərhat oynamadı, komandası darmadağın oldu
30.12.2019 , 16:19

İngiltərənin Birinci Liqasında (səviyyəcə üçüncü) 24-cü turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının yarımmüdafiəçisi Serhat Taşdemirin çıxış etdiyi “Piterboro Yunayted” səfərdə “Roterham”a uduzub – 0:4.
Serhat bu qarşılaşmanın iştirakçısı olmayıb və adı iştirak ərizəsinə də daxil edilməyib.
“Piterboro Yunayted” 24 turdan sonra 36 xalla 6-cı pillədə qərarlaşıb.
