Türkiyəli futbol mütəxəssisi Sərgən Yalçının yeni komandasının adına aydınlıq gəlib.
Korner.az-ın məlumatına görə, “Kayserispor”un sabiq çalışdırıcısı Şimali Kipr Türk Respublikasının “Ozanköy” klubunu çalışdıracaq.
Klubun sponsor şirkətinin sahibi Veysəl Şahin Sərgən Yalçının yaxın dostudur. Buna görə də Yalçın “Ozanköy”ə peşəkar şəkildə deyil, dəstək məqsədi ilə baş məşqçilik edəcək.
