Türkiyə superliqasında gözlənilməz baş məşqçi istefası baş verib.
Korner.az-ın məlumatına görə, “Kayserspor”un çalışdırıcısı Sərgən Yalçın vəzifəsindən ayrılıb.
Komandasının uğursuz çıxışları onu bu addımı atmağa vadar edib.
Ardıcıl 6 oyundur ki, qələbə qazanmayan Kayseri təmsilçisi son 4 qarşılaşmada uduzub. Komanda 28 oyundan sonra 27 xalla 15-ci pillədə qərarlaşıb.
