Sərdar mövsümü erkən başa vurdu
27.05.2020 , 18:53

“Şalke”nin yarımmüdafiəçisi Suat Sərdar ciddi zədə alıb.
Korner.az xəbər verir ki, futbolçu Bundesliqanın 27-ci turu çərçivəsində qarşılaşdıqları “Auqsburq”la matçda sıradan çıxıb.
Sol dizindən ciddi zədə alan Türkiyə əsilli alman futbolçunun mövsümü başa vurduğu bildirilir. Sərdar azı 3-4 ay yaşıl meydanlardan kənarda qalacaq.
