“Neftçi"nin növbəti Avropa uğurunun ucqar bir kənddə şahidi olmağın ləzzəti bambaşqadır, anlatması mümkünsüz…
…APOEL-lə Bakıdakı oyunda "Sektor 11"-in tribunada açdığı pankart çox duyğulandırmışdı, düşündürmüşdü həm də… İllərdən bəri yığılıb qalan azarkeş hayqırtısı idi: "Şərəfin üçün döyüş, "Neftçi"!"…
…Həyatın yazılmamış qanunudu bu: səndən güclüylə döyüşdə yeganə dayağın şərəf üçün döyüşməyindi. APOEL-lə oyundan başlayan şərəf uğrunda savaşı Serbiyada da davam etdirdi "Neftçi". Hər şeyə və əvvəlcə Gurcüstanda, sonra Kiprdə "zapravka" axtaranlara rəğmən edir bunu həm də…
…Qoy indi də heç-heçənin "qəbzini" "Azvirt"in kassasında axtarsınlar. Sənsə yoluna davam et, "Neftçi"… Sübut et..! Sənə yuxarıdan aşağı göz süzdürənlərin üstünə Kiprdə, Serbiyadakı kimi, qorxmadan, çəkinmədən get..!
Şərəf çox ağır söhbətdi, çünki..!
