Premyer Liqa

Sənan Qurbanov: “Qələbəyə bərabər məğlubiyyət oldu”

17.02.2019 , 19:52

Azərbaycan Premyer Liqasında XVII turun “Qarabağ” – “Qəbələ” (2:1) oyunundan sonar təşkil olunan mətbuat konfransında qonaq komandanın baş məşqçisi Sənan Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

 

Korner.az xəbər verir ki, 39 yaşlı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib:

 

– Uşaqların peşəkarlığı bizi sevindirir. Bu yarışda xarakter göstərmək lazımdı. Futbolçulara bunu aşılamaq istəyirik. Elə məğlubiyyətlər var ki, qələbəyə bərabərdi. Soyunub-geyinmə otağında futbolçuları təbrik etdik. Qələbəyə bərabər məğlubiyyət oldu. Uduzsaq belə, “Qarabağ” kimi komandaya qaşrı yaxşı çıxış etdik.

 

– Qələbə və ya 1 xal üçün nə çatışmadı?
– Son nöqtəni qoymaqda çətinlik çəkdik. Futbolçulara zərbə vurmağı tapşırmışdıq, ancaq çalışdılar ki, daha çox ötürmə etsinlər. Qarşıdakı matçlarda daha çox zərbə endirməyə çalışacağıq.

 

– Asif Məmmədovu meydana gec buraxmadız?
– Belə az əlavə vaxt olacağını gözləmirdik. 7-8 dəqiqə ehtimal edirdik. Davit bir qədər nasaz idi. Asif meydana çıxanda bildik ki, 3 dəqiqə əlavə edilib.

 

– Kobudluq bir qədər çox idi oyunda…
– Futbol aqressiya oyunudu. Ancaq əlbəttə hər şey qaydalar çərçivəsində olmalıdı. Futbolçu epizoda, rəqibinə yaxın mövqe seçməlidi. Mübarizə varsa, kobudluq da, kartlar da normaldı.

Son yazılar

Yuxarı