Premyer Liqaya çıxmağı qarşısına məqsəd qoyan “Şəmkir” futbol klubu bu istiqamətdə inamlı addımlar atır.
Korner.az-ın məlumatına görə, artıq komanda ilk transferini gerçəkləşdirib. “Şəmkir” klubu “Şərurspor”un hücumçusu Fərmayıl Əliyevlə müqavilə imzalayıb.
