Futbol üzrə Azərbaycan I Divizionunda 20-ci tura start
verilib.
Korner.az-ın PFL-ya istinadən verdiyi məlumata görə, turun açılış oyununda “Şəmkir” doğma meydanda “Lokomotiv”i 2-0 hesabı
ilə məğlub edib. Əyalət təmsilçisinin heyətində Anar Rzayev (d.8) və Vüsal
İbrahimov (d.45+1) fərqləniblər.
