Birinci Divizionda mübarizə aparan “Şəmkir” klubu növbəti mövsümə iddialı komanda qurmaq üçün hərəkətə keçib.
Korner.az-ın məlumatına görə, bölgə təmsilçisi İran U-16 millisində çıxış edən Mətin Şərifi və İranın “Peykan” klubunda top qovan Amin Dağestani Şəmkirə dəvət edib.
Qeyd edək ki, hər iki futbolcu müdafiəçidir.
