“Bugünkü oyunda təcrübə öz sözünü dedi. Komandamız toplanışa gec yığıldı. Transferlərimiz uğurlu alınmadı. Məcburiyyətdən gənclərə yer verdik".
Korner.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Mahmud Qurbanov deyib.
Gəncə klubunun çalışdırıcısı böyükhesablı məğlubiyyətə şərh verərkən daha sonra bunları deyib:
“Neftçi” bu gün daha hazırlıqlı idi. Rəqib oyunçular fərdi ustalıqları baxımından da bizi üstələdi. Qapıçı problemi yaşayırıq. Fasilədə yaxşı qolkiper tapa bilmədik. Qarşıdakı oyunlara baxmalıyıq. Xallar qazanıb, bu vəziyyətdən çıxmağa çalışacağıq”.