Rusiya milli komandasının baş məşqçisi Dik Advokat Moskanın “Dinamo” klubunun azərbaycanlı futbolçusu Aleksandr Səmədovu “Avro-2012”yə aparmamasının səbəbini açıqlayıb.
Korner.az-ın məlumatına görə, bu futbolçuya qarşı hansısa qərəzli münasibəti yoxdur.
“Səmədov kimi oyunçular mənim ürəyimcədir. Amma o, sağ cinah yarımmüdafiəçisi kimi 4-4-2 sxeminə daha uyğundur. Onun yaxşı keyfiyyətləri var. Əgər o, mənim modelimə uyğun futbolçu olsaydı, onun şansı daha çox olardı” – deyə Advokat bildirib.
