Səmədov karyerasını başa vurdu
30.07.2019 , 13:51

Azərbaycan əslilli futbolçusu Aleksandr Səmədov 35 yaşında karyerasını başa vurub.
Korner.az-ın məlumatına görə, bu barədə yarımmüdafiəçinin özü İnstagram səhifəsində məlumat yayıb. Səmədov karyerası ərzində ona dəstək olan hər bir kəsə təşəkkür edib.
Qeyd edək ki, Rusiya millisinində çıxış etmiş. A.Səmədov karyerası boyunca “Spartak”, “Lokomotiv”, “Moskva”, “Dinamo” və “Krılya Sovetov”da oynayıb. O, 2000-ci illərin əvvəllərində Azərbaycan milli komandasının düşərgəsində təlim-məşq toplanışında olub. Lakin sonradan AFFA tərəfindən ona göndərilən təkliflərin heç birini qəbul etməyib.
