“Qalatasaray”ın ulduz futbolçusu Səlçuk İnan bu gün Bakı vaxtı ilə 12:25-də Londona yola düşüb.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, onun Londona niyə getdiyi barədə məlumat verilməyib.
Lakin son dövrlərdə Selçukun İngiltərə paytaxtına tez-tez getdiyi bildirilib. Hətta onun Yeni ili də orda keçirtdiyi söylənilib.
Qeyri-rəsmi məlumatlara görə, Səlçukun Londonda bir xanımla sevgi macərası yaşadığı deyilib.
